20:09
10°C
Bakı
Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan An-22 təyyarəsindəki bütün heyət üzvləri həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İstintaq Komitəsində uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub.