20:17
10°C
Bakı
Məşhur "Politico" nəşri Avropa siyasətində və idarəçiliyində (təsir baxımından həm daxildən, həm də kənardan) ən nüfuzlu şəxslərin reytinq cədvəlini açıqlayıb.
Moderator.az xəbər verir ki, sıralamada 28 tanınmış siyasətçi yer alıb.
İlk pillədə ABŞ Prezidenti Doland Tramp mövqe tutub. Rusiya lideri Vladimir Putin 5-ci, onun ukraynalı həmkarı Volodimir Zelenski isə 14-cü yerdə qərarlaşıb.
Siyahının ikinci pilləsində Danimarkanın Baş naziri Mette Frederiksen yer alıb. Almaniya Kansleri Fridrix Merts və fransalı xanım siyasətçi Marin Le Pen müfaviq olaraq 3-4-cü yerlərdədirlər.