Almaniya ordusuna rekord məbləğdə vəsait ayrılır
Dünya
407
17:30, Bu gün

Almaniya ordusuna rekord məbləğdə vəsait ayrılır

Almaniya parlamenti Bundesverin (Almaniya Silahlı Qüvvələri) modernləşdirilməsi üçün rekord məbləğdə - 52 milyard avro dəyərində 29 sayda müdafiə xərcləri müqaviləsini təsdiqləmək üzrədir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Müdafiə xərcləri geniş spektrli silah və xidmətləri əhatə edir. Əsas hərbi texnika və geyim formasına 22 milyard, piyada döyüş maşınlarına 4.2 milyard, raketdən müdafiə sistemləri və onların sursatı üçün 3 milyard avro ayrılacaq", - deyə xəbərdə bildirilir.

Yazıda bildirilir ki, Almaniya Kansleri Fridrix Mertsin müasir dünyanın tamamilə dəyişdiyini və ölkəsinin indi öz maraqlarının olması barədə bəyanatından sonra Bundesverə irimiqyaslı maliyyə ayrılması barədə qərar qəbul olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər