Nihat Doğandan şübhəli şəkildə ölən müğənni Güllünün qızı ilə bağlı iddia:
Dünya
390
17:10, Bu gün

Nihat Doğandan şübhəli şəkildə ölən müğənni Güllünün qızı ilə bağlı iddia: "Məni təhdid edir" - FOTO

Məşhur türkiyəli müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaq davam edir.

Müğənninin qızı Tuğyan Ülkem Gülter istintaqın diqqət mərkəzində olduğu bir zamanda tanınmış ifaçı Nihat Doğan şok açıqlama verib.

Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Özlem Esra Adanın proqramında danışan Nihat Doğan Tuğyan Ülkem Gülterin onu təhdid etdiyini iddia edib.

"Güllü işi bağlanmaq üzrə olduğu zaman bunun yıxılma deyil, cinayət (qətl) olduğunu dediyimiz üçün təhdid edilirik. Tuğyan məni övladımla hədələyir. Sosial mediada təhdid edirlər. Kimlərinsə işini pozduğumuz üçün belə davranırlar. Tuğyan: "Bizə kədərimizi yaşamağımıza icazə vermədiniz", - deyir, amma sosial media hesabında anası ilə çəkdirdiyi bir şəkli belə olmadığı halda mənim şəklimi paylaşıb və mənə məktub yazıb. Bu, günahkarlıq psixologiyasının təcəssümüdür. Mən bunu etdiklərinə inanıram artıq. Güllü yıxılmadı, balkondan atıldı", - deyə Nihat Doğan bildirib.

Qeyd edək ki, sentyabrın 26-da Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirən Güllünün ölümündə qızı Tuğyan Ülkem Gülter şübhəli bilinir. Onun anasının ölümünü istədiyinə dair mesajları ortaya çıxıb.

Nihat Doğandan şübhəli şəkildə ölən müğənni Güllünün qızı ilə bağlı iddia: Məni təhdid edir

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər