Tramp:
Dünya
186
16:00, Bu gün

Tramp: "Ukraynada seçki keçirməyin vaxtı çatıb"

"Ukraynada prezident seçkiləri keçirməyin vaxtı çatıb".

Moderator.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Politico"nun suallarını cavablandırarkən belə deyib.

"Düşünürəm ki, Ukraynada seçki keçirməyin tam zamanıdır. Onlar bundan qaçmaq üçün müharibədən istifadə edirlər. Amma fikrimcə, Ukrayna xalqının belə bir seçkisi olmalıdır", - ABŞ lideri bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın danışıqlardakı mövqeyi Ukraynanınkından güclüdür: "Ukrayna münaqişədə çoxlu ərazi itirərək uduzmaqdadır".

D.Tramp vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmayacağı barədə təsəvvürlər çoxdan mövcud idi.

ABŞ prezidenti eyni zamanda Avropa İttifaqını tənqid edib və deyib ki, onlar yalnız danışmaqla məşğuldurlar, münaqişəni həll etmək üçün heç bir iş görmürlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər