Roma Papası Zelenski ilə Ukrayna münaqişəsi ətrafında müzakirələr apardı
2593
09 Dec 2025 | 15:59

Roma Papası Zelenski ilə Ukrayna münaqişəsi ətrafında müzakirələr apardı

İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Roma Papası XIV Leo ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
 
Məlumata görə, görüş zamanı tərəflər Rusiya-Ukrayna münaqişəsi, hərbi əsirlərin mübadiləsi və digər məsələləri müzakirə ediblər.
 
Roma Papası Ukraynadakı müharibə ilə bağlı söhbət zamanı hərbi əməliyyatların dayandırılmasının və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
O, həmçinin "hazırda həyata keçirilən diplomatik təşəbbüslərin ədalətli və davamlı sülhə səbəb olmasını" arzulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər