Bizi sosial şəbəkələrdən izləyin:
İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Roma Papası XIV Leo ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər Rusiya-Ukrayna münaqişəsi, hərbi əsirlərin mübadiləsi və digər məsələləri müzakirə ediblər.
Roma Papası Ukraynadakı müharibə ilə bağlı söhbət zamanı hərbi əməliyyatların dayandırılmasının və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin "hazırda həyata keçirilən diplomatik təşəbbüslərin ədalətli və davamlı sülhə səbəb olmasını" arzulayıb.