Çində keçmiş baş direktor rüşvətə görə edam edilib
Dünya
290
14:12, Bu gün

Çində keçmiş baş direktor rüşvətə görə edam edilib

Çində məhkəmə “China Huarong International Holdings” investisiya şirkətinin keçmiş baş direktoru Bay Tyanhueyi 156 milyon dollar rüşvət almaqda təqsirli bilərək barəsində edam hökmü çıxarıb.
 
Moderator.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə onun 2014-2018-ci illər arasında qanunsuz rüşvət almaq üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini müəyyən edib.
 
Bay Tyanhuey 2024-cü ilin may ayında edam cəzasına məhkum edilmişdi. Onun bütün şəxsi əmlakı müsadirə edilib.
 
2025-ci ilin fevral ayında məhkəmə onun apelyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlayıb. Ali məhkəmə aşağı məhkəmələrin qərarlarını qüvvədə saxlayıb və rüşvətin həcminin və nəticələrinin ağırlığının qanuna uyğun olaraq ciddi cəza tələb etdiyini müəyyən edib.
 
Maraqlıdır ki, investisiya holdinqinin keçmiş rəhbəri Lay Syaomin də 2021-ci ildə oxşar cinayətlərə görə edam edilib.
 
Keçən il Çində aparıcı banklardan birinin keçmiş sədr müavini iki illik möhlətlə edam cəzasına məhkum edilib. Müstəntiqlərin sözlərinə görə, o, təxminən 55 milyon dollar rüşvət alıb və bu, dövlət maraqlarına xüsusilə böyük miqdarda ziyan vurmaq kimi təsnif edilib.
 
Çində külli miqdarda rüşvət alanların cəzası bir qayda olaraq ağır olur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər