Bizi sosial şəbəkələrdən izləyin:
Çexiya Prezidenti Petr Pavel "Narazı Vətəndaşlar Aksiyası" siyasi hərəkatının rəhbəri Andrey Babişi baş nazir təyin edib.
Moderator.az xəbər verir ki, təqdimatı TK agentliyi canlı yayımlayıb.
Çexiya Prezidenti Administrasiyasının mətbuat xidməti yaxın zamanlarda A.Babişin Baş nazı təyin olunacağı ilə bağlı məlumat vermişdi. Prezidentin tapşırığı ilə o, öz hərəkatının, eyni zamanda, "Azadlıq və açıq demokratiya" və "Avtomobilçilər" hərəkatlarının təmsilçilərindən ibarət hökumət təşkil edəcək. Ölkə parlamentində bu siyasi qüvvələr 200 millət vəkilindən 108 nəfərinin dəstəyini qazanıb.