Əfqanıstanla sərhəddə altı pakistanlı hərbçi öldürülüb
Dünya
268
13:20, Bu gün

Əfqanıstanla sərhəddə altı pakistanlı hərbçi öldürülüb

Pakistanın şimal-qərbində silahlı qruplaşmanın təhlükəsizlik qüvvələrinə məxsus posta hücumu nəticəsində altı hərbçi öldürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, hadisə Əfqanıstanla sərhəddə yerləşən Kurram bölgəsində baş verib.
 
"Sinxua" agentliyi isə xəbər verib ki, hadisə zamanı daha altı pakistanlı hərbçi xəsarət alıb.
 
Bildirilir ki, tərəflər arasında toqquşmanın intensivliyi və qaranlığın düşməsi səbəbindən ölənlərin cəsədləri ərazidən çıxarılmayıb. Yaralıların isə yaxınlıqdakı xəstəxanaya yerləşdirildiyi bildirilir.
 
İlkin məlumata görə, hücuma keçən silahlılardan iki nəfər öldürülüb, daha ikisi yaralanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər