Orban:
Dünya
109
08 Dec 2025 | 23:55

Orban: "Ərdoğan dedi ki, yeni dövr başlayır, başqa dünya olacaq"

"Macarıstanı əhatə edən dünyaya baxdığımda güclənən tərəf kimi Türk dünyasını görürəm".

Moderator.az xəbər verir ki, bunu İstanbula səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Son yüz ildə Macarıstanın Türk dünyası ilə əlaqələrinin zəiflədiyini bildirən Orban 2010-cu ildən sonra Ərdoğanın tarixi pəncərəni açdığını vurğulayıb:

"Ərdoğan dedi ki, yeni dövr başlayır. Başqa bir dünya olacaq və Türk dünyası çox böyük enerji toplayacaq. Türk əsri adlandırılan böyük bir planın olduğunu gördüm".

Orban Ərdoğanın Macarıstanı Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi dəvət etdiyini xatırladaraq, o vaxtdan bəri Türkiyə-Macarıstan əməkdaşlığını və Türk dünyası ilə qarşılıqlı əlaqələri daim inkişaf etdirdiklərini qeyd edib:

"Macarıstanı əhatə edən dünyaya baxdığımda, həqiqətən çalışan, irəli çıxan və güclənən tərəf kimi Türk dünyasını görürəm. Bu fürsəti dəyərləndirmək istəyirik. Macarıstan Qərbdə german, slavyan və latın dünyaları arasında tək qaldı. Biz heç birinə mənsub olmayan xalqıq, millətik. Çünki xalqlarımızı şərqdə qoymuşuq. Türk dünyası ilə münasibətlərimiz bizim üçün çox vacibdir. Həmişə belə olub".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər