"Ukrayna tərəfindən mübahisəli hesab edilən müddəalar ABŞ tərəfindən hazırlanmış sülh planından çıxarılıb".
Moderator.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"28 bənd var idi, indi 20 bənd qalıb. Biz bu sənədi uyğunlaşdırdıq, açıq şəkildə Ukraynaya qarşı olan bəndlər çıxarılıb. Amerikalılar kompromis tapmağın tərəfdarıdırlar. Əlbəttə ki, ərazi ilə bağlı mürəkkəb məsələlər var. Hələlik kompromis əldə edilməyib", - deyə Zelenski bildirib.
O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın döyüşlərin necə bitməsi ilə bağlı öz baxışı var və bu, Ukraynanın yanaşmasından fərqlidir.
"Hər hansı ərazidən imtina etməyi düşünürükmü? Ukrayna qanunvericiliyinə, Konstitusiyamıza, beynəlxalq hüquqa görə bizim heç bir haqqımız yoxdur", - deyə o əlavə edib.