Dünya
208
08 Dec 2025 | 23:40

"Yaponiyada satışa çıxarılan "insanyuyan" maşın bədəni və ruhu təmizləyir" - Yeni texnolоgiya

"Özünüzü 15 dəqiqədə ərzində tam təmiz və rahat hiss edəcəksiniz..."

Yaponiyada satışa çıxarılan "insanyuyan" maşın bədəni və ruhu təmizləməyi vəd edir. Təyyarə kabinasına bənzər kapsul şəklində olan bu cihaz güclü mikro-balon axınları vasitəsilə dərini çirkdən təmizləyir.

Moderator.az xəbər verir ki, bu barədə "sb.by" nəşri yazıb.

Bədəni və ruhu təmizləyən yeni texnologiya

"Science Co." şirkətinin məlumatına görə, bu avtomatik spa istifadəçini cəmi 15 dəqiqəyə təmiz və quru vəziyyətə gətirir.

Maşın necə işləyir?

Kapsulun uzunluğu 2,3 metr, eni isə 1 metrdir ki, bu da insanların əksəriyyətinin rahat yerləşməsini təmin edir. Qapaq bağlandıqdan sonra kapsul yarıya qədər su ilə doldurulur və istifadəçi qismən suya batırılır.

Daha sonra yüksək sürətli su axınları ilə mikrobalonlar istifadəçinin dərisinə yönəldilir. Bu balonlar 3 mikrometrdən kiçik diametrdədir və partladıqda dəridəki çirki təmizləyən kiçik, amma güclü təzyiq dalğası yaradır. Eyni texnologiya sənayedə kimyəvi maddələrlə yuyula bilməyən elektrik komponentlərinin təmizlənməsində istifadə olunur.

Şirkət nümayəndələrinin sözlərinə görə, "insanyuyan" maşın yalnız bədəni deyil, ruhu da "təmizləyir". Bunun üçün kresloya ürək döyüntüsünü ölçən elektrokardioqrafla bağlı sensor quraşdırılıb. Bu sensor istifadəçinin sinir sisteminin vəziyyətini izləyir və kapsul içində göstərilən suya davamlı videonu izləyərkən nə dərəcədə rahat olduğunu müəyyənləşdirir.

1970-ci illərin ilhamı

Futuristik səslənsə də, dizayn yarım əsrlik konsepsiyaya əsaslanır. 1970-ci ildə Yaponiya Ümumdünya Sərgisində "Sanyo Electric Co." (indi "Panasonic Holdings Corp.") insanları yuyan ilk maşını nümayiş etdirib.

1970-ci illərin versiyası plastik "masaj toplarını" istifadəçiyə yönəldərək rahatlanmasını və qan dövranının yaxşılaşmasını təmin edib. Uzun növbələr yaranıb, içində hazırkı "Science Co." rəhbəri Yasuaki Aoyama da olub - o zaman onyn yalnız doqquz yaşı vardı. Hazırda şirkətin başçısı olan Aoyama uşaqlıq arzusunu reallaşdırma imkanını əldə edib.

Qiymət məsələsi

Başlanğıcda prototip olaraq Osaka sərgisində yaradılan maşına böyük maraq göstərilib və şirkət kommersiya modelini təqdim edib. İlk testlər üçün 40 min müraciət qeydə alınıb.

Bəli, bu ixtiranın bir "çatışmazlığı" var, o da onun qiymətidir. Maşının satış qiyməti 60 milyon yen (təxminən 385 min dollar) təşkil edir. Buna görə məhsul hər ev üçün deyil, əsasən lüks spa mərkəzləri üçün nəzərdə tutulub. Şirkət məhdud sayda - 40-50 ədəd əl işləri ilə istehsal etməyi planlaşdırır. Bir yapon oteli artıq ilk nümunəni alıb, əlavə 5-8 ədəd isə potensial müştərilər tərəfindən rezerv olunub.

Yeni maşın yalnız yaponların avtomatlaşdırmaya və robot texnologiyalarına olan sevgisini əks etdirmir, eyni zamanda yaşlanan əhali üçün gələcəyin avtomatlaşdırılmış baxım sistemlərinin prototipini göstərir. Maşın həm yuyur, həm qurudur, həm də istifadəçinin təhlükəsizliyini təmin edir. "Science Co." nümayəndəsi bildirir ki, texnologiya inkişaf etdikcə gələcəkdə ev istifadəsi üçün daha əlçatan model də ortaya çıxa bilər.

Təmizlənməyə altı addım

- Giriş: İstifadəçi 2,3 metr uzunluğunda kapsula daxil olur.

- Avtomatik yuma: Maşın mikrobalonlar və incə duman ilə bədəni yumşaq şəkildə təmizləyir.

- Sağlamlıq monitorinqi: Sensorlar həyati göstəriciləri izləyir.

- Rahatlama: Kapsulda sakitləşdirici vizuallar və musiqi təqdim olunur.

- Qurulama: Yuma sonrası maşın istifadəçini avtomatik qurutur, proses təxminən 15 dəqiqə davam edir.

- Çıxış: İstifadəçi tam təmiz və rahat kapsulu tərk edir - dəsmal və fiziki səylər tələb olunmur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər