23:05
12°C
Bakı
Ekvadorun keçmiş prezidenti Lenin Moreno rüşvətxorluq işi üzrə hakim qarşısına çıxacaq.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Moreno ölkənin ən böyük hidroelektrik stansiyasının tikintisi ilə bağlı rüşvət almaqda ittiham olunur.
İstintaqın versiyasına görə, o, rüşvətləri 2007-2013-cü illərdə ölkənin vitse-prezidenti vəzifəsində olduğu zaman alıb.
Morenonun əlbir olduğu şəxslərlə birlikdə ümumilikdə 76.1 milyon dollar məbləğində rüşvət aldığı güman edilir.