Almaniyanın əks-kəşfiyyat idarəsi olan Konstitusiyanı Mühafizə üzrə Federal İdarənin (BfV) rəhbəri Zinan Zelen, artan hibrid təhdidlər fonunda qurumun səlahiyyətlərinin genişləndirilməsini və digər təhlükəsizlik qurumları və Almaniya Silahlı Qüvvələri ilə əməkdaşlığın yaxşılaşdırılmasını lazım olduğunu düşünür.
Moderator.az xəbər verir ki, o bu barədə “Almaniyanın Təhlükəsizlik Arxitekturasında BfV-nin Rolu" simpoziumunun iştirakçılarına müraciətində bildirib.
"Ümid edirəm ki, gələcəkdə digər Avropa tərəfdaş agentliklərinin sahib olduğu səlahiyyətlərə və imkanlara sahib olacağıq", - deyib.
Qurumun rəhbəri hesab edir ki, mövcud risklərlə bağlı artıq müəyyən edildiyi kimi, müxtəlif qurumlar arasında əməkdaşlığın yaxşılaşdırılması hibrid təhdidlərin aradan qaldırılmasında çox vacibdir.
Qeyd edək ki, BfV 75 il əvvəl təsis edilib. Qurumda təxminən 4200 nəfər çalışır. Onun əsas vəzifələrinə əks-kəşfiyyat fəaliyyəti və Almaniyadakı azad və demokratik qaydaya təhlükə yaradan təşkilatlar və şəxslərin monitorinqi daxildir.