21:20
12°C
Bakı
Azərbaycanın 2025-ci ilin yanvar-sentyabr ayları üzrə Əfqanıstanla ticarət dövriyyəsində yüksək ixrac üstünlüyü formalaşıb.
Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında Əfqanıstandan 118.7 min dollar dəyərində məhsul idxal edilib, əvəzində isə 55 milyon 884.2 min dollar həcmində ixrac həyata keçirilib.
Bunun nəticəsində 55765.5 min ABŞ dolları müsbət saldo yaranıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə Əfqanıstanla ticarətdə idxal 4.07 dəfə, ixrac isə 211.99 dəfə artıb.