İsrail BMMT-yə Qəzzada humanitar yardım üçün ərazisindən istifadəyə rəsmi razılıq verib
Dünya
180
20:03, Bu gün

İsrail BMMT-yə Qəzzada humanitar yardım üçün ərazisindən istifadəyə rəsmi razılıq verib

Beynəlxalq Mülki Müdafiə Təşkilatı Qəzza zolağında ağır humanitar vəziyyətdə qalan mülki əhalinin müdafiəsi və dəstəyi üçün səylərini davam etdirir.

Bu barədə Moderator.az-a Beynəlxalq Mülki Müdafiə Təşkilatından məlumat verilib. Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli üzv dövlətləri humanitar təşəbbüsə dəstək göstərməyə çağırış edib.

Bununla əlaqədar, İsrail Hökuməti rəsmi şəkildə humanitar təşəbbüsə icazə verib. Bu icazə humanitar yardımın təhlükəsiz, koordinasiyalı və səmərəli şəkildə İsrail ərazisindən keçməklə zərərçəkmiş mülki əhaliyə çatdırılmasına imkan yaradacaq.

BMMT rəhbərliyi qeyd edib ki, İsrail tərəfinin göstərdiyi konstruktiv əməkdaşlıq təşkilatın humanitar fəaliyyətlərinin fasiləsiz davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Təşkilat həmçinin vurğulayıb ki, bütün humanitar əməliyyatlarda neytrallıq, müstəqillik və humanizm prinsipləri rəhbər tutulur və bu çərçivədə bütün tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər