Dünya
175
19:50, Bu gün

"ABŞ iranlıları kütləvi şəkildə deportasiya edir" - "İran İnternational"

"Arizonadan qalxan ikinci çarter təyyarəsi Misir və Küveytdən keçərək İrana göndərilir..."

ABŞ son aylar ərzində artıq ikinci dəfə iranlıların olduğu tam çarter reysi təşkil edib.

Moderator.az xəbər verir ki, bu barədə "İran İnternational" nəşri məlumat yayıb.

Vaşinqtonun növbəti deportasiya addımı

Məlumatda deyilir ki, Arizonadakı "Mesa" hava limanından havaya qalxan təyyarədə 50-55 iranlı, həmçinin bəzi ərəb ölkələri və Rusiyanın vətəndaşları olub. İran XİN deportasiyanı təsdiqləyərək bildirib ki, bütün şəxslər Misir və Küveyt üzərindən İrana çatdırılacaq. Bu əməliyyat sentyabrda 120 iranlının deportasiyasından sonra Tramp administrasiyasının sərtləşən immiqrasiya xəttinin davamıdır.

"Bu, beynəlxalq hüquqa zidd siyasi təzyiqdir"

İran rəsmiləri Vaşinqtonun addımını "siyasi motivli" adlandırıb və deportasiya prosesində kobud davranışlarla bağlı şikayətlərin olduğunu vurğulayıb. CNN-ə danışan bir deportasiya olunan iranlı isə ölkəyə qayıdışın onun həyatına təhlükə yaradacağını, seksual orientasiyasına görə ölüm riski daşıdığını bildirib.

Tehran həmçinin ABŞ-ı İran futbol nümayəndə heyətinə vizaları verməməkdə ittiham edir: 9 müraciətdən yalnız 4-ü təsdiqlənib. İran Futbol Federasiyası bildirir ki, ABŞ uzun illərdir iranlılara qarşı bu cür məhdudiyyətlər tətbiq edir.

Miqrasiya "mövcudluq təhdidi" kimi

"The New York Times" nəşri qeyd edir ki, deportasiya əməliyyatları ABŞ-ın yenilənmiş milli təhlükəsizlik doktrinası ilə üst-üstə düşür. Yeni sənəddə miqrasiya ilk dəfə hərbi hücumla eyni kateqoriyada ölkənin varlığına yönəlmiş əsas təhlükə kimi təqdim olunur. Bu yanaşma Tramp administrasiyasının miqrasiya məsələlərində daha sərt və ideoloji xətt tutduğunu göstərir.

Sentyabrdan bəri həyata keçirilən kütləvi deportasiya əməliyyatları göstərir ki, Vaşinqton Yaxın Şərq və İran vətəndaşlarına qarşı nəzarəti daha da gücləndirir. Analitiklər hesab edir ki, bu xətt yaxın aylarda da davam edəcək və ABŞ-İran münasibətlərində gərginliyi artıracaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər