20:42
12°C
Bakı
Bratislava-Bakıya birbaşa aviareysi açıla bilər.
Moderator.az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.
Onun sözlərinə görə, iki ölkə birgə müəssisələr yaratmaq iqtidarına malikdir:
"Slovakiya şirkəti Qarabağ bölgəsində ağıllı şəhər inşa edir. Eyni zamanda bizim idxal-ixrac bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır. Şadam ki, Macarıstanın "WizzAir" şirkəti əlaqələrimizi gücləndirir, hətta artıq Bratislavadan Bakıya birbaşa uçuş açıla bilər. Azərbaycan Prezidentinin səfəri münasibətlərimizdə yeni mərhələnin başlanğıcı olacaq".