Siyarto:
Dünya
121
18:20, Bu gün

Siyarto: "Macarıstan və Türkiyə Rusiyadan keçən boru kəmərlərinə hücumları pisləyirlər"

Macarıstan və Türkiyə Rusiyadan keçən boru kəmərlərinə və Qara dənizdəki tankerlərə Ukraynanın hücumlarını qınayırlar.

Moderator.az xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto İstanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra bu barədə "Facebook" hesabında yazıb.

P.Siyarto Macarıstanın Baş naziri Viktor Orbanı Strateji Əməkdaşlıq Şurasının yüksək səviyyədə keçirilən ikitərəfli iclasında müşayiət edir.

"Biz Ukraynada müharibənin dayandırılmasının lehinə birgə çıxış edirik və istər Rusiyadakı neft kəmərləri olsun, istərsə də Qara dənizdəki tankerlər, enerjidaşıyıcıları marşrutlarına hücumları pisləyirik", - deyə nazir bildirib.

P.Siyarto xatırladıb ki, Macarıstan qazın əsas hissəsini Rusiyadan "Türk axını" boru kəməri və onun Bolqarıstan, Serbiya qolları vasitəsilə alır.

"Türkiyə etibarlı və dürüst tranzit müttəfiqidir. Bu il "Türk axını" vasitəsilə bizə 8 milyard kubmetr qaz daxil olacaq. Biz enerji təchizatı məsələsinin siyasi və ya ideoloji baxımdan nəzərdə keçirilməsinin əleyhinə birgə çıxış edirik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər