19:08
12°C
Bakı
İspaniyanın Tenerife adasında (Kanar adaları muxtar birliyi) nəhəng dalğaların sahilə vurması nəticəsində dörd nəfər ölüb.
Moderator.az xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə axşam saatlarında adanın cənubunda baş verib. Xilasedicilər üç nəfərin meyitini tapıblar. Xəstəxanaya yerləşdirilmiş bir qadın isə bir qədər sonra ölüb. İtkin düşmüş bir nəfərin axtarışları davam edir.
Ölənlər arasında İtaliya və Slovakiya vətəndaşları da var.