18:50
12°C
Bakı
"Utair" aviaşirkətinin Surqutdan Samaraya uçan "Boeing 737-500" (RA-73040) təyyarəsində bir neçə aparıcı sistemdə nasazlıq müşahidə olunub.
Moderator.az xəbər verir ki, məlumatı "Aviatorşina" "Telegram" kanalı yayıb.
Xəbərdə bildirilir ki, laynerin göyərtəsində transformator sıradan çıxıb və yeddi sistemdə (sol və sağ yanacaq nasosları, elektrohidronasos, avtomatik əyləc sistemi və s.) eyni anda nasazlıq yaranıb.
Bununla belə, ekipaj təyyarəni uğurla eniş zolağına çatdıra bilib.
Ekspertlər pilotların kabinəsini yoxlayarkən problemlərin səbəbi məlum olub: Birinci transformatorun qoruyucusu söndürülübmüş.
Fakt üzrə araşdırma aparılır.