19:09
12°C
Bakı
Ermənistanın Vardenis bölgəsində (Geğarkunik vilayəti) erməni zabit bədbəxt hadisə nəticəsində həyatını itirib.
Moderator.az-ın xəbərinə görə, "Sputnik Armenia" nəşri məlumat verib.
Ermənistan Müdafiə Nazirliyi bununla bağlı yayılan xəbəri şərh etməyib və nəşrə açıqlamasında hadisənin hərbi xidmətlə əlaqəli olmadığını bildirib.
Eyni zamanda, Ermənistanın "Hraparak" nəşri zabitin ötən gün dəm qazından zəhərlənərək öldüyünü yazıb. Müstəntiqlər 26 yaşlı əsgərin cəsədini yaşadığı evdə tapıblar. Cəsəddə heç bir zorakılıq əlaməti aşkar edilməyib.