Ərdoğanla Putin Aşqabadda Ukrayna münaqişəsi ətrafında müzakirələr apara bilərlər
Dünya
117
15:50, Bu gün

Ərdoğanla Putin Aşqabadda Ukrayna münaqişəsi ətrafında müzakirələr apara bilərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Türkmənistanda görüşə bilərlər.
 
Moderator.az xəbər verir ki, dekabrın 11-13-də Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Sülh və Etimad İli Forumu keçiriləcək. Həmin tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin iştirakı gözlənilir.
 
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Putinin bu həftə Türkmənistana səfər etmək niyyətində olduğunu açıqlayıb. O, səfərin dekabrın 12-nə planlaşdırıldığını qeyd edib.
 
Uşakov, həmçinin bildirib ki, Rusiya lideri Türkmənistana səfəri zamanı forumda iştirak edəcək.
 
Tədbir zamanı Ərdoğanla Putinin görüşərək Ukrayna münaqişəsinin nizamlanması, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər