Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həlli üçün ABŞ administrasiyası tərəfindən hazırlanan sülh sazişi layihəsini hələ oxumadığına görə ukraynalı həmkarı Vladimir Zelenskidən məyus olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bunu amerikalı lider Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində jurnalistlərə açıqlamasında deyib.
"Deməliyəm ki, Zelenskinin təklifi hələ oxumadığına görə bir qədər məyus oldum", o qeyd edib.
Tramp bildirib ki, Ukrayna Prezidentinin ətrafı ABŞ hökumətinin təklifindən son dərəcə məmnundur.