Avropa İttifaqı bütün üzv dövlətlərin yekdil təsdiqi tələbini pozaraq, Rusiya aktivlərini həmişəlik dondurmağa imkan verə biləcək bir üsul tapıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.
"İndiyə qədər sanksiyaların hər altı aydan bir yekdilliklə uzadılması vacib idi, yəni Budapeşt kimi tək bir paytaxt Moskvanın aktivlərə çıxışını bərpa edə və bütün səyləri məhv edə bilərdi. Yeni qanunvericilik bunu dəyişdirməyi hədəfləyir. Brüssel Aİ-nin təsis müqavilələrində ciddi iqtisadi şoklar qarşısında yekdil təsdiqə ehtiyac olmadan tədbirlərin görülməsinə imkan verən bir bənd tapıb", - deyə məqalədə bildirilir.
Aİ-yə qarşı hibrid hücumda ittiham olunan Rusiyanın fəaliyyəti bu cür şoklardan hesab oluna bilər. Bunu nəzərə alaraq, Rusiya aktivlərini qeyri-müəyyən müddətə dondurmaq təklif olunur.