Mirziyoyev yüzlərlə insanı əfv etdi
Dünya
446
07 Dec 2025 | 23:15

Mirziyoyev yüzlərlə insanı əfv etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 8-də Konstitusiya Günü ərəfəsində 615 nəfəri əfv edib.

Moderator.az xəbər verir ki, bu barədə fərman Özbəkistan liderinin saytında dərc olunub.

Qeyd olunub ki, əfv olunanlar əməllərindən ürəkdən peşman olan və islahata qətiyyətlə bağlı olan şəxslərdir.

Belə ki, 615 nəfərdən 220 nəfəri şərti azadlığa buraxılıb, 123 nəfər şərti cəzadan azad edilib, 97 məhkumun barəsində həbs qətimkan tədbiri dəyişdirilib, 175 nəfərin həbs müddəti azaldılıb.

Fərmanda deyilib ki, əfv olunanlar arasında 9-u əcnəbi, 9-u qadağan olunmuş təşkilatların üzvü olub.

Bundan başqa, fərmana uyğun olaraq əfv olunan şəxslərin öz ailələrinə və yaxın adamlarının yanına qayıtmalarına, ictimai həyata uyğunlaşmalarına, faydalı əməklə məşğul olmalarına, sağlam həyat tərzi keçirmələrinə, cəmiyyətdə layiqli yer tutmalarına köməklik göstərilməsi ilə bağlı nazirlik və qurumlara müvafiq tapşırıqlar verilib.

 

(Axar.az)

Link kopyalandı!
Son xəbərlər