03:12
10°C
Bakı
Fransa Prezidenti Emmanuel Makron Çin və Aİ arasındakı ticarət kəsirinə görə Pekini gömrük tarifləri ilə hədələyib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Fransa lideri Çinə bildirib ki, Pekin problemin həlli üçün tədbir görməsə, avropalılar qarşıdakı aylarda sərt addımlar atmağa və ABŞ-nin nümunəsini izləyərək əməkdaşlığı dayandırmağa məcbur olacaqlar.
"Məsələn, Çin mallarına tarif tətbiq edə bilərik", - deyə Fransa prezidenti bildirib. Makron həmçinin bu məsələni Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə müzakirə etdiyini deyib.
Fransa lideri həmçinin Çinlə ticarət mübahisəsinin sülh yolu ilə həllinin mümkünlüyünə inandığını qeyd edib.
(Oxu.az)