Dubayda satılan ən bahalı mənzili türkiyəli iş adamı Uğur Akkuşun aldığı ortaya çıxıb.
Moderator.az xəbər verir ki, “Palm Jumeirah” adasında inşa edilən, ultra lüks penthaus üçün o, 130 milyon dollar ödəyib.
Bununla Birləşmiş Ərəb Əmirliklərinin dəbdəbə və zənginlik simvolu sayılan Dubayda daşınmaz əmlak bazarı tarixi satışa şahidlik edib. Təxminən 5 ay öncə “bir türk iş adamına” satıldığı açıqlanan, lakin adı gizli saxlanılan bu rekord satışın detalları artıq məlum olub.
ABŞ-da yaşayan iş adamı Uğur Akkuşun bu alış-verişi təkcə Dubay deyil, həm də türk iş dünyası üçün rekord göstərici hesab olunur. 130-136 milyon dollar (təxminən 4,5 milyard Türk lirəsi) aralığında satıldığı bildirilən bu penthaus, “bir türk vətəndaşının xaricdə birdəfəlik etdiyi ən böyük daşınmaz əmlak yatırımı” kimi tarixə düşüb.
Dəyəri ilə nəfəs kəsən bu mülk yalnız qiyməti ilə deyil, memarlığı və təqdim etdiyi imkanlarla da diqqət çəkib. 2027-ci ilin üçüncü rübündə tamamlanması planlaşdırılan layihə dəniz dalğası və dəniz qabığı formasından ilham alınaraq dizayn edilib. 71 mərtəbəli göydələnin zirvəsində yerləşən ev 5 yataq otağından, şəxsi terras, açıq havada hovuz və “Palm Jumeirah”, "Burj Al Arab” mənzərəsinə sahibdir.
Qeyd edək ki, Uğur Akkuş türkiyəli model Ebru Şallı ilə ailəli olub. Onlar qalmaqallı şəkildə ayrılıb.
(Axşam.az)