“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
Dünya
1329
07 Dec 2025 | 19:49

“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal

“İddialara görə, “Kurtlar Vadisi”ndəki Polat Alemdarın kodadı olan “Canpolat” adı İsmail Canbuladdan gəlir. O, Kilisli, köklü Canbulad ailəsinin nəvəsi idi. Trablusqərb səhralarında Mustafa Kamalla çiyin-çiyinə döyüşüb. Təkcə silah yoldaşı yox, eyni çadırı paylaşdığı ən yaxın dostlarından biri olub”.

Moderator.az xəbər verir ki, bu barədə “Tarihv2.0” kanalı məlumat yayıb.

“İttihad və Tərəqqi Cəmiyyətinin ən təsirli və əməliyyatçı simalarından biri idi. Təşkilatçılığı o qədər güclü idi ki, əvvəlcə İstanbulun Polis Müdiri, daha sonra isə Osmanlı dövlətinin Daxili İşlər Naziri oldu. Dövlətin bütün kəşfiyyatı ona tabe idi. Amma sədaqət hər zaman xilas gətirmədi.

1926-cı ildə Atatürkə qarşı təşkil edilən İzmir sui-qəsdi hadisəsini bilsə də, xəbər verməməkdə ittiham olundu. Bununla birbaşa əlaqəsi olmasa da, siyasi hesablaşmalar nəticəsində edam edildi”.

Qeyd olunub ki, Canpolat edama gedərkən belə dövlətə küsməyib:

“Canpolat” adı bu faciəli, amma polad kimi möhkəm iradədən miras qalıb”.

(Globalinfo.az)

Link kopyalandı!
Son xəbərlər