Hakan Fidan Əsəd Şeybani ilə görüşdü
Dünya
1333
07 Dec 2025 | 18:45

Hakan Fidan Əsəd Şeybani ilə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Şeybani ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş Qətərin paytaxtı Dohada keçirilən 23-cü Doha Forumu çərçivəsində baş tutub.

Hakan Fidan görüş zamanı Türkiyənin Suriyada sabitlik, təhlükəsizlik və rifahın təmin edilməsinə yönələn səyləri dəstəkləməyə davam edəcəyini bildirib.

Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Link kopyalandı!
Son xəbərlər