Pəncərədən çarşafla enərkən görən onları oğru sandı, sən demə onlar... - FOTOLAR
Dünya
2055
07 Dec 2025 | 17:26

Pəncərədən çarşafla enərkən görən onları oğru sandı, sən demə onlar... - FOTOLAR

Kayseridə içki içmək üçün evdinə getdikləri dostlarını döyən şəxslər evin qapısının barmaq izi ilə açılması səbəbindən evdən çıxa bilməyib. Çarşafları bir-birinə bağlayaraq 3-cü mərtəbədən binanın altındakı marketin çıxıntısına endilər və burada çıxılmaz vəziyyətdə qaldılar. Vətəndaşların xəbərindən sonra polis hadisə yerinə gəlib.

Hadisə Kocasinan rayonunun Erciyesevler Məhalləsindəki 14 mərtəbəli binada baş verib.

S.A. və E.Ö. içki içmək üçün dostları H.Ü.-nün evinə gedib. Aralarında yranan mübahisə zamanı onu döyüblər. Daha sonra evdən çıxa bilmədikləri üçün çarşafla enməyi qərara alıblar.

Polis təhlükəsizlik tədbirləri gördü, təcili yardım H.Ü.-nü xəstəxanaya apardı. Yanğınsöndürmə əməkdaşları isə S.A. və E.Ö.-nü olduqları yerdən endirərək polisə təhvil verib. Hər iki şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

 

(Milli.az)

Link kopyalandı!
Son xəbərlər