Tailand ordusu Kamboca ilə həmsərhəd ərazilərdə yaşayan sakinlərə iki ölkə arasında toqquşmaların eskalasiya riski səbəbi ilə sığınacaqlara təxliyə olunmaq əmrini verib.
Daha əvvəl Tailand-Kamboca sərhədində hərbi qulluqçular arasında atışma baş verib.
Tailand ordusunun bəyanatında bildirilir ki, toqquşmalar kambocalı hərbi qulluqçuların yüngül silahlardan atəş açmasından sonra başlayıb. Öz növbəsində, tailandlı hərbçilər cavab atəşi açıblar. Qeyd olunur ki, iki tailandlı hərbi qulluqçu yaralanıb.
Xatırladaq ki, Tailand və Kambocanın baş nazirləri Anutin Çanvirakun və Hun Manet ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində sülh sazişi imzalayıblar.