01:43
10°C
Bakı
Benində bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.
Moderator.az bu barədə "24 Heures au Benin" portalına istinadən xəbər verir.
Bildirilir ki, Milli Qvardiyanın bölmələri qiyamı yatırıblar. Qiyamçılar həbs olunub, konstitusiya quruluşu bərpa olunub.
Həbslər Radio və Televiziya Korporasiyasının binasında həyata keçirilib. Səhər saatlarında qiyamçılar məhz buradan efirə çıxaraq dövlət çevrilişi və respublika Prezidenti Patris Talonun vəzifədən kənarlaşdırıldığını elan etmişdilər. Qrupun tərkibi səkkiz hərbi qulluqçudan ibarətdir.
Hazırda qiyamçıların, o cümlədən polkovnik-leytenant Tiqri Paskalın saxlanılıb-saxlanılmadığı barədə etibarlı məlumat yoxdur.