Sudanda silahlılar uşaq bağçası və xəstəxanaya zərbələr endirdilər: 116 nəfər öldü
Dünya
1495
07 Dec 2025 | 15:30

Sudanda silahlılar uşaq bağçası və xəstəxanaya zərbələr endirdilər: 116 nəfər öldü

Sudanda "Çevik Dəstək Qüvvələri" (RSF) qruplaşmasının silahlıları Kaduqli şəhərində mülki obyektlərə zərbə endiriblər.

Moderator.az bu barədə "Al Jazeera"ya istinadən xəbər verir.

Bildirilir ki, RSF silahlıları "Sudan Xalq Azadlıq Hərəkatı"ndan olan müttəfiqləri ilə birlikdə dronlardan və artilleriyadan istifadə edərək, uşaq bağçasına, şəhər xəstəxanasına və hökumət binalarına hücum ediblər.

Hücum nəticəsində azı 116 nəfər həlak olub, onlardan 46-sı uşaqdır.

Link kopyalandı!
Son xəbərlər