"Ukraynanın fövqəladə xidmətləri demək olar ki, hər gün və hər gecə Rusiya hücumlarının nəticələrini aradan qaldırır".
Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, son bir həftə ərzində Rusiya Ukraynaya 1600-dən çox zərbə dronu, təxminən 1200 idarəolunan aviasiya bombası və 70-ə yaxın müxtəlif tipli raket atıb.
Zelenski qeyd edib ki, hücumların əsas hədəfi adi həyat fəaliyyətini təmin edən infrastruktur obyektləridir. Prezident bu gün də intensiv hücumların baş verdiyini vurğulayıb:
“Bu gün 240-dan çox dron və beş ballistik raket atılıb. Yeddi vilayətdə infrastruktur zədələnib. Təəssüf ki, Slavyansk və Çerniqov vilayətində həlak olanlar var. Ailələrinə dərin hüznlə başsağlığı verirəm”.
O, Ukraynanın müdafiəsinin gücləndirilməsi üçün tərəfdaşlarla işin davam etdiyini bildirib və prioritetlərin dəyişmədiyini vurğulayıb:
“Önəmli olan daha çox hava hücumundan müdafiə sistemi, daha çox PUA və raketdir. Hər razılaşma daha sürətli icra olunmalıdır”.
Zelenski Ukraynanı dəstəkləyən bütün tərəfdaşlara təşəkkür edib.