Orban Türkiyəyə səfər edəcək
Dünya
1995
07 Dec 2025 | 15:05

Orban Türkiyəyə səfər edəcək

Macarıstanın Baş naziri Viktor Orban sabah Türkiyəyə rəsmi səfər edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat yayıb.

O bildirib ki, Viktor Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti 8 dekabr 2025-ci ildə Türkiyəyə rəsmi səfər edəcək.

Səfərin, Türkiyə–Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində keçiriləcəyi qeyd olunub. Görüşlərdə tərəflər arasında “gücləndirilmiş strateji tərəfdaşlıq” səviyyəsində münasibətlərin bütün istiqamətlər üzrə müzakirə ediləcəyi bildirilib.

Açıqlamaya görə, görüşlər zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin iki ölkə münasibətlərinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə müxtəlif sənədlərin imzalanması planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər