Dünya
4661
14:50, Bu gün

"Haaqa Məhkəməsi Putinə qarşı orderdən imtina etməyəcək" - "Deutsche Welle"

"Bu illər ərzində törədilən ağır əməllərə görə məsuliyyət daşıyan şəxslərə cəzasızlıq verilə bilməz..."

ABŞ vasitəçiliyi ilə amnistiya razılaşması olsa belə, Roma Statutu üstün tutulacaq.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

"Orderlər siyasi anlaşmalardan asılı deyil"

Nəşr yazır ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Vladimir Putinin və daha beş rusiyalının Ukraynada törədilmiş hərbi cinayətlərə görə həbs orderini geri çəkmək niyyətində deyil. Qeyd edilir ki, ABŞ-ın vasitəçiliyi ilə mümkün sülh danışıqlarında ümumi amnistiya qəbul edilsə belə, orderlər qüvvədə qalacaq.

Məlumatı BCM-in baş prokurorunun müavinləri - Fidjidən Nacat Şamim Xan və Senegaldan Mam Mandiay Nianq açıqlayıb. Onların sözlərinə görə, orderlərin dayandırılması yalnız BMT Təhlükəsizlik Şurasının xüsusi qərarı ilə mümkündür.

Şamim Xan bildirib: tərəflər arasında sülh razılaşması əldə olunsa və Təhlükəsizlik Şurası məhkəmədən istintaqı dondurmağı xahiş etsə, bu siyasi proses çərçivəsində müzakirə oluna bilər, "amma bu, ədalətin həyata keçirilməsinə mane olmayacaq".

Trampın "sülh planı" və Ukraynanın amnistiya etirazı

ABŞ-ın açıqladığı 28 bəndlik :sülh planı"nda müharibədə iştirak edən bütün tərəflərə tam amnistiya verilməsi nəzərdə tutulur. Lakin Ukraynanın Niderlanddakı səfiri, keçmiş Baş prokuror Andrey Kostin bu yanaşmanı rədd edib. O bildirib ki, genişmiqyaslı cinayətlər fonunda "hər kəsə istisnasız amnistiya" mümkün deyil: "Bu illər ərzində törədilən ağır əməllərə görə məsuliyyət daşıyan şəxslərə cəzasızlıq verilə bilməz".

Uşaq deportasiyası ittihamı və Putinə qarşı əsas maddə

BCM Putin və ətrafındakı beş şəxsə qarşı orderi 2022-ci ildə genişmiqyaslı işğalın başlanmasından sonra uşaqların qanunsuz deportasiyası ilə bağlı çıxarıb. Ukraynanın məlumatına görə, 2022-ci ildən bəri Rusiya işğal olunmuş ərazilərdən 19,5 mindən çox ukraynalı uşağı aparıb, onlardan yalnız 1605-i geri qaytarılıb.

Məhz bu deportasiya ittihamı Putinə və Rusiya uşaqlar üzrə ombudsmeni Mariya Lvova-Belovaya qarşı orderin əsas səbəbi olub. Rusiya tərəfi uşaqları "təhlükəsizlik məqsədilə köçürdüyünü" bildirir və BCM-in yurisdiksiyasını tanımır. Moskva həmçinin digər müharibə cinayətləri ilə bağlı ittihamları qətiyyətlə rədd edir.

Link kopyalandı!
Son xəbərlər