KİV: Çində yol qəzalarında doqquz nəfər ölüb
Dünya
2116
07 Dec 2025 | 11:00

KİV: Çində yol qəzalarında doqquz nəfər ölüb

Çinin şimal-qərbindəki Sinsyzan-Uyğur muxtar bölgəsində baş verən yol qəzalarında doqquz nəfər ölüb, daha yeddi nəfər yaralanıb.

Moderator.az-ın məlumatına görə, bu barədə "Xinhua" yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Məlumatına görə, qəzalar 6 dekabrda Taçen dairəsinin Usu şəhərində baş verib.

Yaralılar xəstəxanaya aparılıb.

Link kopyalandı!
Son xəbərlər