Kit Kelloq:
Dünya
661
10:50, Bu gün

Kit Kelloq: "ABŞ Ukraynaya öz hərbçilərini göndərmək niyyətində deyil"

"Ukrayna münaqişəsinin başa çatması yaxındır, lakin Zaporojye Atom Elektrik Stansiyasının və Donetsk vilayəti ərazilərinin mənsubiyyəti məsələsi hələ də danışıqların gündəliyində qalır".

Moderator.az RBK-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib.

O hesab edir ki, əgər bu iki məsələ həllini tapsa, qalan məsələlər də düzələcək.

Kelloq əlavə edib ki, ABŞ Ukraynaya öz hərbçilərini göndərmək niyyətində deyil. Xüsusi nümayəndə Rusiyaya qarşı təzyiq üsulları qismində iqtisadi sanksiyaları, "kölgə donanması" ilə mübarizəni göstərib.

Link kopyalandı!
Son xəbərlər