Rusiyada rekord qıran maraqlı parad: Yüzlərlə Şaxta baba bir araya gəldi
Dünya
1129
09:20, Bu gün

Rusiyada rekord qıran maraqlı parad: Yüzlərlə Şaxta baba bir araya gəldi

Rusiyanın Tümen vilayətində Şaxta babaların ilk paradı baş tutub.

Moderator.az bildirir ki, bu barədə "Readovka" "Telegram" kanalı maraqlı görüntülər paylaşıb.

Məlumata görə, paradda 1300 Şaxta baba bir araya gəlib.

Qırmızı xəz paltolar və ağ saqqallar geyinmiş sakinlər şəhər küçələrində gəzərək, Tümen əhalisi üçün kütləvi konsert veriblər.

Parad ölkədə iştirakçıların sayına görə rekord qırıb və bu nailiyyət Rusiya Rekordlar Kitabında rəsmi olaraq qeydə alınıb. Təşkilatçılar indi paradı illik tədbirə çevirməyi planlaşdırırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər