Hindistanda gecə klubunda baş verən yanğında ölənlərin sayı 25-ə çatıb
Dünya
1142
09:15, Bu gün

Hindistanda gecə klubunda baş verən yanğında ölənlərin sayı 25-ə çatıb

Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, onların arasında azı dörd turist var.

Moderator.az-ın "Times of India" qəzetinə istinadən verdiyi məlumata görə, bunu polis rəisi Alok Kumar açıqlayıb.

"Dörd turistin və klubun 14 əməkdaşının həlak olduğu təsdiqlənib. Daha yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilir", – deyə Kumarın sözlərini nəşr yayıb. Ən azı 50 nəfər xəsarət alıb.

Hadisə dekabrın 7-nə keçən gecə Şimali Qoa bölgəsinin Arpora kəndində yerləşən "Birch by Romeo Lane" adlı gecə klubunda baş verib.

Hazırda araşdırma aparılır. İlkin məlumatlara görə, yanğının səbəbi müəssisənin mətbəxində qaz balonunun partlaması olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər