20-ci əsrin əvvəllərində Namibiyadakı cansız səhranın ortasında Kolmanskop şəhəri çiçəklənirdi.
Moderator.az rambler.ru-ya istinadən xəbər verir ki, bu yaşayış məntəqəsinin tarixi təsadüfi kəşflə başlayıb. 10 aprel 1908-ci ildə dəmir yolu işçisi Zaxarias Levala qumda kiçik bir almaz tapıb. O, daşı rəisi, həvəskar mineraloq Avqust Stauxa verib və sonuncu ortağı, mədən mühəndisi Sönke Nissen ilə birlikdə torpağı satın alaraq mədən şirkəti qurub. Tezliklə burada nümunəvi bir alman mədən şəhəri peyda olub.
Tezliklə Kolmanskop bütün Afrika qitəsinin ən varlı yerinə çevrilib. Avropanın ən yaxşı sənətçiləri və teatrları Kolmanskopda çıxış edirdilər. Yerli xanımlar ən son dəbdə olan geyimləri geyinirdilər.
Təəssüf ki, şəhər sakinləri üçün bu cənnət uzun sürməyib. Birinci Dünya Müharibəsindən sonra ərazi Cənubi Afrika İttifaqının nəzarəti altına keçib. 1956-cı ilədək şəhər tamamilə boşalıb.
Kolmanskop hazırda açıq hava muzeyidir. Hər il turistlər buraya axın edirlər. Burada bədii və sənədli filmlər də çəkilir.