ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkokartellərə qarşı mübarizə çərçivəsində tezliklə yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq.
Moderator.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentində keçirilən təntənəli qəbulda bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton bu məsələdə "çox sərt mövqe" tutub və nəticədə ABŞ-yə dəniz yolu ilə narkotik tədarükü 94 faiz azalıb.
"Biz eyni prosesi quruda da başlayacağıq, çünki hər marşrutu bilirik, hər binanı tanıyırıq, onların harada yaşadığını bilirik. Onlar haqqında hər şeyi bilirik", – deyə Ağ Evin rəhbəri bildirib və əlavə edib ki, ABŞ-də narkotik istifadəsi nəticəsində ötən il təxminən 300 min nəfər ölüb. "Bu, dəhşətli müharibədir və biz buna imkan verməyəcəyik", – Tramp vurğulayıb.