ABŞ 1 dollara 250 ədəd ZTR satır
Dünya
1155
08:45, Bu gün

ABŞ 1 dollara 250 ədəd ZTR satır

Amerika Birləşmiş Ştatları Polşaya cəmi 1 dollara 250 ədəd istifadə olunmuş "Stryker" zirehli transpartyor almağı təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə "Breaking Defense" məlumat yayıb.

Polşa baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, hazırda məhsulların logistikası məsələsi işlənib hazırlanır.

Onun sözlərinə görə, təklif olunan plana əsasən, hazırda Avropada olan "Stryker" zirehli maşınları qitədəki qoşunların geri çəkilməsindən sonra ABŞ-yə geri göndərilmək əvəzinə Polşaya köçürüləcək.

Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı artıq bu müqaviləni təsdiqləyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər