11:57
13°C
Bakı
"Simpsonlar"dan bəhs edən yeni tammetrajlı cizgi filminin premyerası 23 iyuldan 3 sentyabr 2027-ci ilə təxirə salınıb.
Moderator.az xəbər verir ki, məlumatı "Discussing Film" yayıb.
Təxirə salınmanın səbəbləri açıqlanmayıb.
Həmçinin yeni süjetin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Simpsonlar" televiziyada ən uzun müddət davam edən cizgi serialıdır. 1989-cu ilin dekabrından bəri serialın 37 mövsümü və 790-dan çox bölümü yayımlanıb.
