Praqada yanğın 10 milyon dollarlıq retro avtomobilləri məhv etdi
Dünya
949
08:37, Bu gün

Praqada yanğın 10 milyon dollarlıq retro avtomobilləri məhv etdi

Praqada baş verən yanğın təxminən 200 milyon kron (təxminən 10 milyon dollar) dəyərində retro avtomobilləri məhv edib.

Moderator.az "İdnes"ə istinadən xəbər verir ki, bu barədə Praqa Yanğından Mühafizə İdarəsinin sözçüsü Voytex Rotşeld məlumat yayıb.

Onun sözlərinə görə, yanğın Praqanın Straşnitse rayonundakı təkər təmiri sexində baş verib. Binada retro avtomobillər olub.

Yanğın 900 kvadratmetr ərazini əhatə edib. Mütəxəssislər yanğının səbəbini araşdırırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər