Səyyah bambukdan hazırlanmış velosipedlə ABŞ boyunca ən uzun marşruta hazırlaşır
Dünya
235
08:20, Bu gün

Səyyah bambukdan hazırlanmış velosipedlə ABŞ boyunca ən uzun marşruta hazırlaşır

Rusiyalı səyyah Aleksandr Smaqin bambukdan hazırlanmış velosipedlə ABŞ boyunca ən uzun marşruta hazırlaşır.

Moderator.az bildirir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, Belqorod sakini Alyaskadan Odlu Torpağa (Cənubi Amerikada arxipelaq) qədər uzanan 40 000 kilometrlik yolu qət etmək niyyətindədir. O, səyahəti Sankt-Peterburqda özünün sifarişi ilə xüsusi hazırlanmış velosipedlə edəcək.

Material olaraq bambukun seçilməsi ona əsaslanır ki, o çox yüngüldür və buna görə də sürmək asandır. Bundan əlavə, əgər velosipeddə nasazlıq yaranarsa, qırılarsa, onu asanlıqla təmir etmək mümkündür.

Smaqin artıq Afrikaya səyahəti zamanı velosipedi sınaqdan keçirib. O zaman bambuk istidə çatlayıb, lakin səyahətçi onu sadəcə olaraq izolentlə büküb və yoluna davam edib.

Dekabr ayında Aleksandr Smaqin ərazini araşdırmaq üçün ABŞ-yə uçacaq, gələn il isə veloyürüşə çıxacaq.

Qeyd edilir ki, o, 3 ildə Avrasiya və Afrikada 20 000 kilometr qət edib və alpinist kimi Himalay və Kilimanjaro dağlarına dırmanıb.

Link kopyalandı!
Son xəbərlər