17:03
11°C
Bakı
Çətin və zorakı münasibətlərdən yaxa qurtaran kaliforniyalı 45 yaşlı biznesi sahibi Kim Adams doğum günündə ən vacib addımı atıb, evlənməyə qərar verib.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Qərarının qeyri-adi tərəfi odur ki, qadın özü ilə evlənib.
Kim Adams toyunu Meksikadakı bir çimərlikdə, andiçmə mərasimləri, buket, ağ don və ən yaxınları ilə keçirib.
Qadın mərasimi Meksikadakı Ölülər Günündə təşkil edib.
"Ölülər Günü çox təsirli idi. Sanki bir hissəm öldü və mən başqasına çevrildim", - deyə o izah edib.
Qadın heç vaxt özünə xəyanət etməyəcəyinə görə xoşbəxtdir. O, uşaq istəmir və kişi ilə evlənməyə ehtiyac duymur.