Dünya
405
18:21, Bu gün

"Kia Optima" satanı öldürüb, meyitini yandırdılar

Rusiyanın Tümen şəhərində avtomobil satışı ilə bağlı qəddar bir qətl baş verib. 30 yaşlı Vladimir öz “Kia Optima” avtomobilini satışa çıxarıb. 4 dekabr axşamı ona nömrəsiz “Lada” ilə iki potensial alıcı gəlib.

Montajnikov küçəsində görüşdən sonra Vladimir onların maşınına minib və birlikdə uzaqlaşıblar. Onlar satıcının avtomobili ilə test-sürüşünə çıxıblar. Bundan sonra “Kia”nın sahibini görən olmayıb. Kişi evə qayıtmayanda onun hamilə həyat yoldaşı həyəcan təbili çalmağa başlayıb.

Ertəsi gün Vladimirin avtomobili Yekaterinburqda tapılıb. Naməlum şəxslər “Kia Optima”nı burada aşağı qiymətə satmağa çalışırmış. Maşına baxmağa gedən itkin şəxsin dostları avtomobili tanıyıblar.

Opalixinskaya küçəsində parkinqdə başqa bir satıcı ilə söhbət zamanı cinayətkarlardan biri qaçmağa cəhd edib. Lakin onu saxlamaq mümkün olub. Mənbələrin məlumatına görə, ikinci şübhəli isə Tümendə saxlanılıb.

Məlum olub ki, onlar Tümen və Zavodoukovskdan olan, təkrar cinayət törədən 23 yaşlı şəxslərdir. İstintaq hesab edir ki, onlar Vladimiri avtomobilə baxış zamanı öldürüblər, cəsədi Tümen rayonuna apararaq özlərinə məxsus “Lada”da yandırıblar. Daha sonra oğurlanmış “Kia” ilə Yekaterinburqa gedərək maşını satmağa çalışıblar.

Qətl faktı üzrə cinayət işi açılıb.

 

(Lent.az)

Link kopyalandı!
Son xəbərlər